Ceyms Uorlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

Ceyms Uorlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir Birləşmiş Ştatlar Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək
Qarabağ
1 Oktyabr , 2016 00:16
Ceyms Uorlik: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

Bakı. 1 oktyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

"Report" xəbər verir ki, bunu öz "Twitter" səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.

"Birləşmiş Ştatlar məsələnin tərəflər üçün məqbul istiqamətdə həlli məqsədi ilə vasitəçiliyin yerinə yetirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək", - deyə Ceyms Uorlik bildirib.

Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Con Kerri dondurulmuş münaqişələrin perspektivlərindən danışarkən, Dağlıq Qarabağ probleminə də toxunmuş və tərəflərin nizamlanmaya hazır olmadıqlarını bəyan etmişdi.

Son xəbərlər

Orphus sistemi