Yuxarı

Çexiya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır

​Çexiya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır
Dinlə

© Facts

Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejimin keçirdiyi qondarma prezident və parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

“Report” xəbər verir ki, bəyanatda Çexiyanın martın 31-də baş tutmuş qondarma seçkilərin konstitusiya və hüquqi bazasını tanımadığı qeyd olunub.

“Çexiya ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini tam dəstəkləyir, münaqişə ilə əlaqəli bütün tərəfləri sülh prosesini davam etdirməyə çağırır və BMT Baş katibinin 23 mart 2020-ci il tarixli qlobal atəşkəsə çağırışını dəstəkləyir”, - bəyanatda deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi