Ceff Ratke: "Tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq edirik"

Ceff Ratke: "Tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq edirik" Ratke bu açıqlamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı suala cavab olaraq bildirib
Qarabağ
31 Dekabr , 2014 07:09
Ceff Ratke: Tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq edirik

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin sözçüsü Ceff Ratke, Birləşmiş Ştatların tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq etdiyini bildirib.

"Report" Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Ratke bu açıqlamanı dekabrın 30-da keçirilmiş brifinqdə  işğal altındakı Kəlbəcər rayonunun keçmiş sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevə çıxarılmış "hökmlə" bağlı sualı cavablandırarkən verib.

“Bu konkret məsələyə dair şərhimiz yoxdur, lakin biz tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində konstruktiv addımlar atmağa təşviq edirik. Biz inanarıq ki, tərəflər prezidentlərin bu il keçirdiyi üç görüş nəticəsində yaranmış imkandan istifadə edib, etibar və inamın yaradılması üçün tədbirlər görə bilər. Dövlət katibi Kerri Uelsdə prezidentləri bunu etməyə çağırıb. Onlar eyni zamanda münaqişənin dinc yolla və davamlı həllinə nail olmaq üçün real danışıqlar prosesinə daxil ola bilər. Biz inanırıq ki, regionun xalqlarının layiq olduğu məhz budur, biz vəziyyəti belə görürük” - deyə Ceff Ratke bildirib.

Son xəbərlər

Orphus sistemi