Çeçelaşvili: "GUAM müntəzəm olaraq bütün üzv ölkələrin ərazi bütövlüyünü müdafiə edir"

Çeçelaşvili: "GUAM müntəzəm olaraq bütün üzv ölkələrin ərazi bütövlüyünü müdafiə edir" "GUAM ölkələrindəki bütün münaqişələrə dair prinsipial mövqemiz var"
Qarabağ
21 Dekabr , 2015 10:05
Çeçelaşvili: GUAM müntəzəm olaraq bütün üzv ölkələrin ərazi bütövlüyünü müdafiə edir

Bakı. 21 dekabr. REPORT.AZ/ "GUAM ölkələrindəki bütün münaqişələrə dair prinsipial mövqemiz var və bunu beynəlxalq ictimaiyyətə çatdırmağa və ona dəstəyin təşəbbüslərimizin xeyrinə olmasına çalışırıq". Bunu "Report"a açıqlamasında GUAM baş katibi Valeri Çeçelaşvili deyib.

"Bu işə ən böyük töhfəmiz müxtəlif beynəlxal təşkilatlar platformasında - istər ATƏT olsun, isətrsə də BMT-də münətəzm və prinsipial olaraq həmrəy mövqemizi qorumağımız və ümumilikdə qurum kimi, ayrı-ayrılıqda üzv ölkələrin də maraqlarına uyğun hərəkət etməyimizdir. Beynəlxalq münasibətlər sisteminin yumşaq desək, böhranda olduğu və tunelin sonunda işığın görünmədiyi zamanda həmrəylik vacibdir. Bizim birlikdə ümumi problemlər üzərində işləməyimiz daha vacib xarakter alır", - V.Çeçelaşvili bildirib.

O, xüsusən qeyd edib ki, GUAM Gürcüstan, Moldova, Ukrayna, Azərbaycandakı münaqişələri ayrı-ayrılıqda nəzərdən keçirmir.

Baş katib vurğulayıb ki, GUAM beynəlxalq hüququn, beynəlxalq sənədlərin, o cümlədən bütün münaqişələrə tətbiq olunan BMT Nizamnaməsinin norma və prinsiplərinə əməl edir.

"Buna görə də biz Azərbaycan, Gürcüstan və ya Ukraynanın ərazi bütövlüyünü ayrılıqda müdafiə etmirik. Fikrimizcə, bu prinsip istənilən münaqişənin nizamlanması prosesinin əsası olmalıdır. Bu baxımdan, münaqişənin həlli prinsipləri üzrə bizdə fikir ayrılığı yoxdur", - V. Çeçelaşvili qeyd edib.

Son xəbərlər

Orphus sistemi