Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 49 dəfə pozulub

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 49 dəfə pozulub Düşmən cavab atəşi ilə susdurulub
Dağlıq Qarabağ münaqişəsi
15 Yanvar , 2015 09:36
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 49 dəfə pozulub

Bakı. 15 yanvar. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Vazaşen kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Kəngərli, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi