​Cəbhədə atəşkəsin pozulması halları ötən günlərə nisbətən səngiyib

​Cəbhədə atəşkəsin pozulması halları ötən günlərə nisbətən səngiyib Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
16 Fevral , 2015 10:26
​Cəbhədə atəşkəsin pozulması halları ötən günlərə nisbətən səngiyib

Bakı. 16 fevral. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Şirvanlı, Cəvahirli, Baş Qərvənd, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi