Cəbhə bölgəsində təbliğat-təşviqat işləri əməliyyat şəraitinə uyğun həyata keçirilir

Cəbhə bölgəsində təbliğat-təşviqat işləri əməliyyat şəraitinə uyğun həyata keçirilir Ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin geniş ictimaiyyət arasında təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçularıın xalqa tanıdılması sistematik təşkil edilir və yerinə
Qarabağ
3 Oktyabr , 2020 14:13
Cəbhə bölgəsində təbliğat-təşviqat işləri əməliyyat şəraitinə uyğun həyata keçirilir

Ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin geniş ictimaiyyət arasında təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçularıın xalqa tanıdılması sistematik təşkil edilir və yerinə yetirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu günlərdə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, “Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu zonada quraşdırılan səyyar mətbəələrdə “Sən qalib gələcəksən!”, “Qalibiyyət döyüşü” və “Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, “Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər hazırlanır cəbhədə olan şəxsi heyət və cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında yayılır.

Son xəbərlər

Orphus sistemi