​Çavuşoğlu: "Qarabağ problemi varkən Ermənistanla münasibətlər düzəlməyəcək"

​Çavuşoğlu: "Qarabağ problemi varkən Ermənistanla münasibətlər düzəlməyəcək" "Azərbaycanın problemi birbaşa Türkiyənin problemidir"
Qarabağ
16 Yanvar , 2016 01:28
​Çavuşoğlu: Qarabağ problemi varkən Ermənistanla münasibətlər düzəlməyəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, XİN rəhbəri bu barədə "Türkiyənin qonşuları ilə münasibətlərinin pis olmasının mənbəyi" ilə bağlı sualı cavablandırarkən danışıb.

Çavuşoğlu, bəzi ölkələrlə tarixdən qalma problemlərin olduğunu və Türkiyənin münasibətlərini bu kimi problemlərin müəyyən etdiyini deyib. XİN rəhbəri Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, Azərbaycanın probleminin birbaşa Türkiyənin problemi olduğunu diqqətə çatdırıb.

Çavuşoğlu, Ermənistanla münasibətlərin normallaşmadığını xatırladaraq, Qarabağ problemi varkən Ermənistanla münasibətlərin düzəlməyəcəyini bildirib.

Nazir, həmçinin Türkiyənin ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanmasına yönələn bütün səylərinə güclü dəstək verdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi