Yuxarı

​Bu gün qoşunların təmas xəttində qalan hərbçilərin meyitlərinin qaytarılması prosesi baş tutub

​Bu gün qoşunların təmas xəttində qalan hərbçilərin meyitlərinin qaytarılması prosesi baş tutub
Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub

Bakı. 10 aprel. REPORT.AZ/ Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri 2016-cı il 10 aprel tarixində qoşunların təmas xəttində qaytarılıb.

"Report" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilir.

Məlumata görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub.

Müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi