Bakı. 11 iyul. REPORT.AZ/ Brüsseldə Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüş başlayıb.
"Report"un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xəbər verib.
"Xarici işlər naziri E.Məmmədyarov Ermənistandan olan həmkarı Z.Mnatsakanyanla Brüsseldə görüşür. Görüşdə həmsədrlər (ATƏT-in həmsədrləri -red), (ATƏT sədrinin-red) fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi iştirak edir", - deyə o bildirib.