​Britaniya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

​Britaniya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Nazirlər Yaxın Şərqdəki vəziyyətdən də danışıblar
Qarabağ
10 Sentyabr , 2015 12:25
​Britaniya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Bakı. 10 sentyabr. REPORT.AZ/ Böyük Britaniya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, ötən gün Britaniyanın xarici işlər naziri Filipp Hammond Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı Londonda qəbul edib.

Tərəflər iki ölkə, Avropa İttifaqı-Ermənistan arasında əməkdaşlıq, habelə İranın nüvə proqramı ətrafında yaranmış böhrana və Yaxın Şərqdəki vəziyyətə dair məsələləri müzakirə ediblər.

F.Hammond və E.Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun rolunun gücləndirilməsindən, qurumla qarşılıqlı əməkdaşlıqdan danışıblar.

Son xəbərlər

Orphus sistemi