“Böyüməyən uşaqlar” kitabı ermənilərə göndərildi

“Böyüməyən uşaqlar” kitabı ermənilərə göndərildi Bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin rəhbərliyindən məlumat verilib
Qarabağ
21 May , 2015 23:22
“Böyüməyən uşaqlar” kitabı ermənilərə göndərildi

Bakı. 21 May. REPORT.AZ/ Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilmiş “25-lər”dən bəhs edən “Böyüməyən uşaqlar” kitabı Alman Azərbaycan Mədəniyyət Evi tərəfindən Ermənistanın Almaniyadakı səfirliyinə, bu ölkədəki erməni diaspor təşkilatlarına, həmçinin Almaniya mediasına göndərilib.

"Report"un məlumatına görə, bu barədə Alman Azərbaycan Mədəniyyət Evinin rəhbərliyindən Toğrul Əziz bildirib. 

O, qeyd edib ki, kitabın dünya çapında yayılması, satışının təşkil edilməsi üçün Alman Azərbaycan Mədəniyyət Evi bundan sonra da fəaliyyətini davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi