Britaniya parlamentinə cəbhədəki vəziyyətlə bağlı qətnamə təqdim edilib

Britaniya parlamentinə cəbhədəki vəziyyətlə bağlı qətnamə təqdim edilib Böyük Britaniyanın İcmalar Palatasına qətnamə təqdim edilib.
Qarabağ
15 İyul , 2020 16:09
Britaniya parlamentinə cəbhədəki vəziyyətlə bağlı qətnamə təqdim edilib

Böyük Britaniyanın İcmalar Palatasına qətnamə təqdim edilib.

“Report” qətnamənin mətnini təqdim edir:

“Bu Palata, 12 iyul 2020-ci il tarixində Ermənistan tərəfindən törədilmiş, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon üzərində hərbi nəzarəti nəticəsində yaranan və 1990-cı illərin əvvəllərində 30 000 nəfərin ölümü  və 1 milyondan çox məcburi köçkünün evlərindən didərgin düşməsi ilə nəticələnən Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişəni daha da kəskinləşdirən təcavüz aktlarını müşahidə edir;

Birləşmiş Krallıq hökumətini sülh prosesinin tərəqqisinə ciddi maneə olan və beynəlxalq hüququ, o cümlədən  1994-cü ildə imzalanmış atəşkəs sazişini pozan Ermənistanın son hərəkətlərini pisləməyə çağırır;

ağır artilleriyadan istifadə edilməklə Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəd boyunca aparılan hərbi əməliyyatların beynəlxalq hüquq, o cümlədən 1994-cü ildə imzalanmış atəşkəs rejiminin  kobud şəkildə pozulması və sülh prosesinin tərəqqisinə ciddi əngəl olmasını bir daha qeyd edir;

Birləşmiş Krallıq hökumətini hazırkı hərbi əməliyyatların məhdudiyyətsiz bir müharibəyə çevrilməsinin qarşısını almaq məqsədilə ATƏT-in Minsk qrupu tərəfindən hərtərəfli araşdırma aparılması üçün edilən çağırışları dəstəkləməyə sövq edir;

və Birləşmiş Krallıq hökumətini BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə qeyd olunduğu kimi Ermənistan silahlı qüvvələrinin  Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması üçün təhrik etməyə çağırır".

Son xəbərlər

Orphus sistemi