Bostonda “Qarabağ Azərbaycandır” plakatı asılıb

Bostonda “Qarabağ Azərbaycandır” plakatı asılıb Massaçusets ştatında Boston şəhərində yaşayan soydaşlarımız Qarabağa dəstəklərini nümayiş etdirərək yerli sakinlərin diqqətini cəlb edə biliblər.
Qarabağ
1 Oktyabr , 2020 12:04
Bostonda “Qarabağ Azərbaycandır” plakatı asılıb

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində yaşayan azərbaycanlılar Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi əks-hücumlara dəstəklərini nümayiş etdirərək yerli sakinlərin diqqətini cəlb edə biliblər.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Onlar “Qarabağ Azərbaycandır” plakatını James Jackson Storrow Memorial Drive ərazisində, Çarles çayının cənub sahili boyunca şərqdən qərbə uzanan böyük bir park yolunda asıblar. Gənc azərbaycanlılar bununla amerikalıların diqqətini Qarabağda baş verənlərə yönəldə biliblər.

Son xəbərlər

Orphus sistemi