Bolqarıstan nümayəndəsi: "Dialoqla münaqişələrin həllinə nail ola bilərik"

Bolqarıstan nümayəndəsi: "Dialoqla münaqişələrin həllinə nail ola bilərik" Bakı. 13 mart. REPORT.AZ/ “Dialoqla münaqişələrin həllinə nail ola bilərik. Ümumiyyətlə, millətlərə, dinlərə qarşı dözümlülük göstərmək lazımdır. Mədəni sahədə də əlaqələri gücləndirmək lazımdır”.
Qarabağ
13 Mart , 2018 17:52
Bolqarıstan nümayəndəsi: Dialoqla münaqişələrin həllinə nail ola bilərik

Bakı. 13 mart. REPORT.AZ/ “Dialoqla münaqişələrin həllinə nail ola bilərik. Ümumiyyətlə, millətlərə, dinlərə qarşı dözümlülük göstərmək lazımdır. Mədəni sahədə də əlaqələri gücləndirmək lazımdır”.

“Report”un xəbərinə görə, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı çərçivəsində etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği ilə bağlı keçirilən panel iclasında Bolqarıstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Desislava Atanasova deyib.

O bildirib ki, insanların dilləri, dinləri fərqli ola bilər: “Təmas nöqtələri tapmağa çalışmalıyıq. Avropa, Asiya dövlətləri birlikdə çalışmalıdır. Dinlərarası anlaşma mühüm məsələdir. Düşünürəm ki, ATƏT bu cür layihələri dəstəkləyər”.

Son xəbərlər

Orphus sistemi