Binəli Yıldırım: “Dağlıq Qarabağla bağlı haqq-ədalət gec-tez yerini tapacaq”

Binəli Yıldırım: “Dağlıq Qarabağla bağlı haqq-ədalət gec-tez yerini tapacaq” Bakı. 15 mart. REPORT.AZ/ “Dağlıq Qarabağ Azərbaycanın qanayan yarasıdır”.
Qarabağ
15 Mart , 2018 10:54
Binəli Yıldırım: “Dağlıq Qarabağla bağlı haqq-ədalət gec-tez yerini tapacaq”
Türkiyənin baş naziri Binəli Yıldırım / REUTERS/ Umit Bektas

Bakı. 15 mart. REPORT.AZ/ “Dağlıq Qarabağ Azərbaycanın qanayan yarasıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım VI Qlobal Bakı Forumunda deyib.

"Bir çox beynəlxalq qruplar və təkilatlar Dağlıq Qarabağ probleminin mövcudluğunu qəbul etdiyi halda təəssüf ki, bu istiqamətdə lazımi addımlar atılmır. Haqqın gec, ya tez öz yerinin tapacağına əminəm. Yanlış işlər görənlər bunu qarşılığını bir halda görəcək”, - baş nazir vurğulayıb.

B.Yıldırım Azərbaycanın iştirak etdiyi beynəlxalq layihələrdən, TANAP və TAP-ın əhəmiyyətindən də danışıb: “Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi böyük bir coğrafiyanı maraqlandırır".

Türkiyə hökumətinin başçısı BMT-də islahatların keçirilməsinin vacibliyini, Təhlükəsizlik Şurasının isə insanlıq dramına lazımi cavab verməməsini, bu kimi vəhşiliklərin qarşını ala bilməməsini vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi