Yuxarı

Biləsuvar və Cəlilabadda Xocalı faciəsinin qurbanları yad edildi - FOTO - VİDEO

​Biləsuvar və Cəlilabadda Xocalı faciəsi qurbanlarının xatirəsi yad ed

176

Biləsuvar rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunub.

“Report”un Muğan bürosu xəbər verir ki, rayon ictimaiyyəti faciə qurbanlarının xatirəsinə ucaldılmış Ana heykəlini ziyarət ediblər.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, icra hakimiyyəti başçısının aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının kollektivləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və rayon sakinləri iştirak edib.

Anım mərasimindən sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxıblar.

Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirib. M.Quliyev qeyd edib ki, Xocalı faciəsinin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul olunması istiqamətində dövlətimiz tərəfindən dünyanın hər yerində mühüm addımlar atılır. 

Sonda rayonun mədəniyyət işçilərinin hazırladıqları Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Xocalı soyqırımı Cəlilabadda da anılıb. Rayonda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdən biri Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbdə baş tutub.

Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbin kollektivi və şagirdlər iştirak edib. Tədbirdə çıxış edən N.Zeynalov xalqımıza qarşı törədilən bu faciənin tarixi kökləri haqqında məlumat verib.

Tədbir çərçivəsində həmçinin şagirdlərin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi