Almaniyanın Berlin şəhərində Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun Xocalıya həsr olunan əsərlərinin sərgisi təşkil edilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Sərgi Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlindəki Azərbaycan evində baş tutub.
Tədbirdə Dövlət Komitəsinin və Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, eləcə də Ümumavropa Qarabağ mitinqində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Berlinə gəlmiş yüzlərlə soydaşımız iştirak ediblər.
Tədbirdə Dövlət Komitəsinin sədri
Qeyd edilib ki, bu cür tədbirlər azərbaycanlıların bir araya gəlməsinə, Xocalı soyqırımı və digər mövzular ətrafında müzakirələrə səbəb olub. Dünyadakı soydaşlarımızın Azərbaycanın taleyüklü məsələlərində birlik və yekdillik nümayiş etdirməsinin vacibliyi vurğulanıb.