Bakı. 2 dekabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Serbiyanın paytaxtı Belqrada gedib.
"Report" xəbər verir ki, vasitəçilər dekabrın 3-4-də Belqradda baş tutacaq ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində bir sıra görüşlər keçirəcək.
Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşəcəyi və danışıqların gedişini müzakirə edəcəyi gözlənilir.