​Belarus Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışına kömək etməyə hazırdır

​Belarus Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışına kömək etməyə hazırdır XİN: Belarus münaqişənin yalnız sülh yolu ilə nizamlanmasının tərəfdarıdır
Qarabağ
6 Aprel , 2016 06:31
​Belarus Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışına kömək etməyə hazırdır

Bakı. 6 aprel. REPORT.AZ/ Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarışına kömək etməyə hazırdır.

"Report" xəbər verir ki, bu məlumatı ölkənin Xarici İşlər Nazirliyinə istinadən "Sputnik" yayıb.

Çərşənbə axşamı Vyanada ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun iclası keçirilib. İclasda regionda münaqişənin nizamlanması məsələləri müzakirə olunub. Danışıqların yekununda təşkilat tərəfləri "güc tətbiqini dərhal dayandırmağa" çağırıb.

"Biz də Belarusun həm Minsk qrupunun üzvü kimi, həm Ermənistan və Azərbaycanla dostluq münasibətləri saxlayan ölkə kimi bu münaqişənin sülh yolu ilə həlli variantlarının axtarışında tərəflərə lazımi köməklik göstərməyə hazır olduğunu təsdiq etdik", — deyə Belarusun XİN rəsmisi Dmitri Mironçik bildirib.

O, növbəti dəfə vurğulayıb ki, Belarus davamlı olaraq Dağlıq Qarabağ münaqişəsinin danışıqlar masası arxasında yalnız sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi