Belarus prezidenti MDB ölkələrini Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmağa çağırıb

Belarus prezidenti MDB ölkələrini Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmağa çağırıb Aleksandr Lukaşenko: "MDB ölkələrinin xalqlarının mentalitet yaxınlığı məsələnin həllinə kömək edəcək"
Qarabağ
19 May , 2016 15:42
Belarus prezidenti MDB ölkələrini Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmağa çağırıb

Bakı. 19 may. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələrini Dnestryanı, Dağlıq Qarabağ problemləri və Birlik üçün digər vacib məsələlərin həlli ilə daha fəal məşğul olmağa çağırıb.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə A.Lukaşenko Minskdə keçirilən MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 40-cı iclasında nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə deyib.

"Biz onları görməsək, bu xəstəlikləri müalicə eləməsək, onlar daha da dərinə gedəcəklər", - deyə Belarus dövlət başçısı xəbərdarlıq edib.

O, MDB ölkələrinin bu və digər aktual məsələlər üzrə dialoq üçün səy göstərməli olduğunu vurğulayıb.

"Danışıqlar aparmaq lazımdır. Heç yerə qaçmayacağıq, hamımız eyni qayıqdayıq. Sahildə də bizi xüsusi kimsə gözləmir. Öz həyatımızı qurmalıyıq", - deyə A.Lukaşenko bildirib.

Onun sözlərinə görə, bu baxımdan MDB ölkələri xalqlarının mentalitet yaxınlığı məsələnin həllinə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi