Bayram Səfərov: "Nə Koçaryan, nə Sarqsyan heç vaxt sülhə razı olmayacaq, çünki onları tribunalın gözlədiyini bilirlər"

Bayram Səfərov: "Nə Koçaryan, nə Sarqsyan heç vaxt sülhə razı olmayacaq, çünki onları tribunalın gözlədiyini bilirlər" Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıqlarını bildirib
Qarabağ
28 Oktyabr , 2015 14:44
Bayram Səfərov: Nə Koçaryan, nə Sarqsyan heç vaxt sülhə razı olmayacaq, çünki onları tribunalın gözlədiyini bilirlər

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Nə Koçaryan, nə Sarqsyan heç vaxt sülhə razı olmayacaq, çünki onları tribunalın gözlədiyini bilirlər".

"Report" xəbər verir ki, bu barədə Dağlıq Qarabağın Azərbaycan icmasının sədri, Şuşa rayonunun İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun (MQ) həmsədrləri ilə görüşü zamanı bildirib. 

Onun sözlərinə görə, ermənilər prezidentlərinin Xocalı soyqırımında iştirak etməsindən fəxr edirlər. 

İcmanın üzvü, Milli Məclisin deputatı Elman Məmmədov ATƏT MQ qrupunun fəaliyyətini tənqid edib: "Mən Xocalı sakiniyəm və baş verənləri öz gözümlə görmüşəm. Siz özünüzə həddən artıq güvənərək danışırsınız, çünki sizin torpaqlarınız işğal altında deyil. Biz 20 ildir ki, öz torpaqlarımıza qayıda bilmirik. Digər məcburi köçkünlər kimi, mən də ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyətindən narazıyam. Düşünmürəm ki, sizin fəaliyyətiniz bu problemi həll etməyəcək, çünki sizin təmsil etdiyiniz ölkələrin bu regionda maraqları var və həmin maraqlar burada toqquşur". 

Deputat qrupun gələcəkdə səmərəli fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. O, həmçinin Dağlıq Qarabağ bölgəsinin hər iki icması arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib.

Deputat Ceyms Uorlik sanki "erməni tərəfin mövqeyini" təkrarlamaqda ittiham edib. E.Məmmədov onu öz bəyanatlarında diqqətli olmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi