Yuxarı
    Bağlamaq

    Baş nazirin müavini: “Tezliklə torpaqlar işğaldan azad ediləcək”

    “Aprel döyüşləri ilə son 200 ildə ermənilərin azərbaycanlılara, müsəlmanlara, türklərə qarşı əməlləri bir daha sübut olundu”
    © Report/ Firi Salim

    Bakı. 21 sentyabr. REPORT.AZ/ “Aprel döyüşləri ilə son 200 ildə ermənilərin azərbaycanlılara, müsəlmanlara, türklərə qarşı əməlləri bir daha sübut olundu. Yerli və xarici media bu məsələni işıqlandırdı”.

    “Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük qayııdın başlanğıcı - Cocuq Mərcanlı” filminin təqdimat mərasimində deyib.

    O bildirib ki, ermənilərin vandalizmi bütün dünyaya yayılıb: “İşğaldan azad edilərək yenidən qurulan bir kənd bütün dünyaya səs saldı. Bu, “Böyük qayıdış”dır. Beş il öncə, hərbi məktəblərdə təhsl alan məcburi köçkün övladları ilə bağlı araşdırma apardıq. Nəticə ürəkaçan deyildi. Prezident tapşırıq verdi ki, bu məsələyə xüsusi diqqət ayrılsın. İndi isə nəticə əvvəlkindən 30 dəfə artıqdır. Bu, həm də onların öz istəkləri ilə oldu. Aprel döyüşlərində bu cür addımlar nəticəsini verdi. “Cəbhə xətti” deyirlər, nə deyirlər, blmirəm. Oralar Azərbaycan torpaqlarıdır. Kim necə qiymət verir, versin. Tezliklə həmin torpaqlar işğaldan azad ediləcək”.

    Ə.Həsənov qeyd edib ki, Azərbaycan bütün sahələrdə öz nümunəsini ortaya qoyur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi