Yuxarı

Baş nazirin müavini: "Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində narkotik bitkilər becərir"

Baş nazirin müavini: "Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində narkotik bitkilər becərir"
© Report/Elchin Murad — Baş nazirin müavini Əli Həsənov

"İran-Azərbaycan sərhədinin 132 kilometri nəzarətsiz qaldığından orada ermənilər narkotik bitkilər becərir, bunun üçün laboratoriyalar inşa edilib".

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Əli Həsənov deyib.

Onun sözlərinə görə, bununla bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub, monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.

Ə.Həsənov bildirib ki, Azərbaycanda iqtisadi inkişafın yüksəlməsi yükdaşımaların artmasına səbəb olub. Belə olan halda narkomafiya bundan istifadəyə cəhd edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi