QDİƏT PA-nın baş katibi: "Qarabağ üzrə istənilən danışıqlar irəliyə doğru atılmış addımdır"

QDİƏT PA-nın baş katibi: "Qarabağ üzrə istənilən danışıqlar irəliyə doğru atılmış addımdır" Dağlıq Qarabağın işğaldan azad edilməsindən sonra ona Azərbaycanın daxilində ən yüksək status verilə bilər.
Qarabağ
16 Aprel , 2019 17:29
QDİƏT PA-nın baş katibi: Qarabağ üzrə istənilən danışıqlar irəliyə doğru atılmış addımdır

"Dağlıq Qarabağın işğaldan azad edilməsindən sonra ona Azərbaycanın daxilində ən yüksək status verilə bilər".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev Yerevanda jurnalistlərə deyib.

"İstənilən danışıqlar tərəflərin hansısa tərəqqiyə nail olduqları təqdirdə, irəliyə doğru atılmış addımdır. Yaxşı ki, humanitar, o cümlədən jurnalistlərin qarşılıqlı səfərləri səviyyəsində əlaqələrin aktivləşdirilməsinə hazırlıq var, bu, müvafiq ab-hava yarada bilər", - A.Hacıyev əlavə edib.

Xatırladaq ki, aprelin 16-da Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə 52-ci iclası keçirilib.

Son xəbərlər

Orphus sistemi