Baş katib: "BMT Minsk qrupu həmsədrlərinin Qarabağ probleminin həlli üzrə səylərini dəstəkləməyə hazırdır"

Baş katib: "BMT Minsk qrupu həmsədrlərinin Qarabağ probleminin həlli üzrə səylərini dəstəkləməyə hazırdır" Bakı 19 yanvar. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatı (BMT) ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə yönəlmiş səylərini dəstəkləməyə hazırdır.
Qarabağ
19 Yanvar , 2019 15:31
Baş katib: BMT Minsk qrupu həmsədrlərinin Qarabağ probleminin həlli üzrə səylərini dəstəkləməyə hazırdır

Bakı 19 yanvar. REPORT.AZ/ "Birləşmiş Millətlər Təşkilatı (BMT) ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə yönəlmiş səylərini dəstəkləməyə hazırdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Guterriş Ermənistanın Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə Nikol Pashinyana göndərdiyi təbrik məktubunda bildirib.

"BMT Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləməyə hazırdır", - BMT rəhbəri deyib.

Son xəbərlər

Orphus sistemi