Baş katib: "BMT Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi səylərini dəstəkləməyə hazırdır"

Baş katib: "BMT Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi səylərini dəstəkləməyə hazırdır" Antoniu Quterriş: "BMT atəşkəs rejiminin son pozulması ilə əlaqədar ATƏT-in Minsk qrupunun narahatlıqlarını bölüşür"
Qarabağ
23 İyun , 2017 09:36
Baş katib: BMT Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi səylərini dəstəkləməyə hazırdır

Bakı. 23 iyun. REPORT.AZ/ BMT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son pozulması ilə əlaqədar ATƏT-in Minsk qrupunun narahatlıqlarını bölüşür. "Report" xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterrişin bəyanatında deyilir.

"Biz onların (ATƏT-in Minsk qrupunun həmsədrlərinin - red.) tərəfləri növbəti gərginlikdən yayınmağa və gərginliyi azaldacaq tədbirləri nəzərdən keçirməyə dair çağırışını təkrar edirik. Biz həmçinin həmsədrlərin tərəfləri substantiv, xoş niyyətli və siyasi iradə nümayişi ilə danışıqlara səsləyən fikrinə qoşuluruq. Birləşmiş Millətlər Təşkilatı lazım olarsa, belə səyləri dəstəkləməyə hazırdır", - BMT baş katibinin bəyanatında bildirilib.

Son xəbərlər

Orphus sistemi