“Aztelekom”un baş direktoru: “Cocuq Mərcanlıda əhalinin fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb”

“Aztelekom”un baş direktoru: “Cocuq Mərcanlıda əhalinin fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb” Suat Paşayev Cocuq Mərcanlıya gedib
Qarabağ
21 İyul , 2017 14:53
“Aztelekom”un baş direktoru: “Cocuq Mərcanlıda əhalinin fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb”
Report.az

Cəbrayıl, Cocuq Mərcanlı. 21 iyul. REPORT.AZ/ "Cocuq Mərcanlıda əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər artıq yekunlaşıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cocuq Mərcanlıya səfər edən “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev deyib. 

O bildirib ki, kənddə ən son texnologiyalara uyğun müasir avadanlıq qurulub: "Hələlik 50 ailə üçün nəzərdə tutulan elektron ATS-in tutumu gələcəkdə tikiləcək evlərin siyahısına müvafiq olaraq artırılacaq". 

Son xəbərlər

Orphus sistemi