Bakı. 25 fevral. REPORT.AZ/ Son illər Azərbaycanın işğal olunmuş ərazilərində meşələrin 5 faizinə qədəri ermənilər tərəfindən qırılıb.
“Report” xəbər verir ki, bu barədə "Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar" adlı hesabatın təqdimatında “
“Peyklərimiz vasitəsilə gördüyümüz işlərə görə, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini vəhşicəsinə istismar edib dağıtdıqlarını əminliklə deyə bilərik. Yalnız son bir neçə ildə işğal olunmuş ərazilərdəki meşələrin 5 faizə qədəri məhv edilib”, - deyən “Azərkosmos” rəhbəri çəkilən şəkillərdə Laçın və bəzi başqa rayonlarda tikilən yeni qəsəbələr, bütün işğal olunan ərazi böyu dağıntı və viranələrin çox aydın göründüyünü diqqətə çatdırıb.