​Azərbaycanın müdafiə naziri türkiyəli generalla regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

​Azərbaycanın müdafiə naziri türkiyəli generalla regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib Zakir Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanı ilə görüşüb
Qarabağ
10 Fevral , 2015 13:22
​Azərbaycanın müdafiə naziri türkiyəli generalla regiondakı hərbi-siyasi vəziyyəti müzakirə edib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanı general-leytenant Burhanettin Aktının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkədəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

Son xəbərlər

Orphus sistemi