Azərbaycanın müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında fikir mübadiləsi aparılıb
Dağlıq Qarabağ münaqişəsi
14 Yanvar , 2015 19:01
Azərbaycanın müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi