Elmar Məmmədyarov: "Azərbaycanı “çirkli bombalar”la hədələməsi Ermənistanın sülh və sabitlik niyyətinin olmamasından xəbər verir"

Elmar Məmmədyarov: "Azərbaycanı “çirkli bombalar”la hədələməsi Ermənistanın sülh və sabitlik niyyətinin olmamasından xəbər verir" "Beynəlxalq ictimaiyyət Ermənistanın kütləvi qırğın silahlarının yayılmamasına dair öhdəliklərə əməl etməməsini diqqətlə gözdən keçirməlidir"
Qarabağ
23 May , 2016 15:14
Elmar Məmmədyarov: Azərbaycanı “çirkli bombalar”la hədələməsi Ermənistanın sülh və sabitlik niyyətinin olmamasından xəbər verir

Bakı. 23 may. REPORT.AZ/ "Konstruktiv danışıqlar yolu ilə bu vəziyyətdən çıxış regiona arzu olunan sülh və sabitliyi gətirə bilər. Buna baxmayaraq, Azərbaycanı “çirkli bombalar” ilə hədələyən bəyanatlar Ermənistanın bu istiqamətdə niyyətinin olmamasından xəbər verir".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib. 

O qeyd edib ki, mayın 16-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilib: "Cəhbə xəttində baş vermiş son gərginlik həyəcan təbili çaldı ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı “status-kvo” zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər. Hər bir kəs qəbul edir ki, status-kvo etibarsız, davamsız və qəbuledilməzdir. Hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır".

XİN başçısı vurğulayıb ki, konstruktiv danışıqlar yolu ilə bu vəziyyətdən çıxış regiona arzu olunan sülh və sabitliyi gətirə bilər: "Buna baxmayaraq, Azərbaycanı “çirkli bombalar” ilə hədələyən bəyanatlar Ermənistanın bu istiqamətdə niyyətinin olmamasından xəbər verir. Bu baxımdan biz beynəlxalq ictimaiyyəti Ermənistanın kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalara müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini diqqətlə gözdən keçirməyə çağırırıq. Bu, xüsusilə Ermənistan tərəfindən radioaktiv materialların potensial olaraq üçüncü ölkələrə qeyri-qanuni dövriyyəsi ilə bağlı əvvəllər və bu yaxınlarda aşkar olunmuş bədnam cinayət halları baxımından çox vacibdir". 

Son xəbərlər

Orphus sistemi