Azərbaycanda təhsil alan əcnəbi tələbələr Zəhra üçün müraciət qəbul ediblər

Azərbaycanda təhsil alan əcnəbi tələbələr Zəhra üçün müraciət qəbul ediblər "2 yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək"
Qarabağ
7 İyul , 2017 12:55
Azərbaycanda təhsil alan əcnəbi tələbələr Zəhra üçün müraciət qəbul ediblər

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı müraciət edib.

"Report" müraciətin mətnini təqdim edir:

"Biz - Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi və Sərvinaz Quliyevanın yaralanması ilə nəticələnən hadisədən çox sarsıldıq. Xüsusən 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi insanlığın faciəvi dramıdır. Bu hadisə bizə 3 ay bundan öncə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfərimiz zamanı vaxtı ilə orada dağılmış evləri, həyət-bacaya səpələnmiş uşaq oyuncaqlarını görərkən keçirdiyimiz hissləri bir daha yaşatdı.

Eyni zamanda kəndin yenidən bərpa olunaraq mülki əhalinin yaşaması üçün hər cür şəraitin yaradılması bizdə sülhə, dinc birgə yaşayışa inam hissi yaratmışdı. Bu inam Cocuq Mərcanlıda bünövrəsi qoyulan yaşayış evləri, məktəb binası ilə tanış olarkən daha da möhkəmlənmişdi.

Ancaq təəssüf edirik ki, dünyanın ən möhtəşəm himni olan körpə qığıltısını Alxanlı kəndində atəş saçan silahların səsi susdurdu, dünyanın ən böyük sevincini bizə bəxş edən məsum uşaq təbəssümünü insanı sarsıdan tablo əvəz etdi. 2 yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək.

Biz Zəhranı qətl edənlərin tezliklə mühakimə olunmasını istəyirik".

1.Dettmann Tim FerdinandAlmaniyaAzərbaycan Dövlət İqtisad Universiteti

2.Cahanger S.M. RashedBanqladeşAzərbaycan Dövlət İqtisad Universiteti

3.Fayehun Tomiva SamuelNigeriyaAzərbaycan Dövlət İqtisad Universiteti

4.Ebrima GomezQambiya Azərbaycan Dövlət İqtisad Universiteti

5.Shmidt Janna AlibekovnaQırğızstanAzərbaycan Dövlət İqtisad Universiteti

6.Tinodashe Shoho GarrethZimbabveAzərbaycan Dövlət İqtisad Universiteti

7.Hakimova Parvina HakimcanTacikistanAzərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universiteti

8.Akar Sinan Can Mehmet Türkiyə Azərbaycan Dövlət Mədəniyyət və

İncəsənət Universiteti

9.Max Elmar Ali-zadeBöyük Britaniya Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

10.Ying DingÇinAzərbaycan Dövlət Neft və Sənaye Universiteti

11.Guoqing Zhang ÇinAzərbaycan Dövlət Neft və Sənaye Universiteti

12.İbrahim Halil Yentur AhmetTürkiyəAzərbaycan Dövlət Neft və Sənaye Universiteti

13.Elina Mourantova YunanıstanAzərbaycan Dövlət Neft və Sənaye Universiteti

14.Kanu Abass BomboliSyerra LeoneAzərbaycan Memarlıq və İnşaat

Universiteti

15.Belorus Tatyana İvanovnaUkraynaAzərbaycan Memarlıq və İnşaat

Universiteti

16.BhattiMuhammad N. PakistanAzərbaycan Texniki Universiteti

17.K.M Mamun BanqladeşAzərbaycan Texniki Universiteti

18.Mahmood Athar AzharPakistanBakı Dövlət Universiteti

19.Stiniguta-Laslo EllaPetrutaRumıniyaBakı Dövlət Universiteti.

Son xəbərlər

Orphus sistemi