Azərbaycan XİN yaponiyalı bloqqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb

Azərbaycan XİN yaponiyalı bloqqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb Bu dəfə Yaponiya vətəndaşı Azərbaycanın işğal olunmuş ərazilərə səfər etdiyindən təəssüfünü bildirib
Qarabağ
21 İyun , 2017 14:08
Azərbaycan XİN yaponiyalı bloqqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb
Report

Bakı. 21 iyun. REPORT.AZ/ Daha bir xarici vətəndaşın adı Azərbaycan Xarici İşlər Nazirliyinin “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yaponiya vətəndaşı, müstəqil bloqqer Natsumi Daizen Azərbaycanın Yaponiyadakı səfirliyə məktubla müraciət edərək, adının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısından çıxarılmasını xahiş edib.

Məktubunda N.Daizen Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini qeyd edib.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, N.Daizen Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

N.Daizenin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi