Azərbaycan XİN: Vyana görüşündən sonra rəsmi Yerevanın verdiyi açıqlamalar yenə də təxribat xarakter daşıyır

Azərbaycan XİN: Vyana görüşündən sonra rəsmi Yerevanın verdiyi açıqlamalar yenə də təxribat xarakter daşıyır "Korrupsiyalaşmış hərbi diktatura rejimini təmsil edən Edvard Nalbandyanın demokratiyadan, sülhdən danışması yalnız istehza və gülünc doğurur"
Qarabağ
18 May , 2016 16:43
Azərbaycan XİN: Vyana görüşündən sonra rəsmi Yerevanın verdiyi açıqlamalar yenə də təxribat xarakter daşıyır

Bakı. 18 may. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında Vyanada keçirilən görüşdən sonra rəsmi Yerevan tərəfindən verilən açıqlamalar yenə də təxribatçı xarakter daşıyır".

"Report" xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Avropa Şurası Nazirlər Komitəsinin Sofiyada keçirilən sessiyasındakı çıxışını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi bildirib ki, martın 16-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada keçirilən görüşdən sonra rəsmi Yerevan tərəfindən verilən açıqlamalar yenə də təxribat xarakter daşıyır və münaqişənin əsl mahiyyətinin təhrif olunmasına xidmət edir: "Bu gün bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən çox təhlükəli olan mövcud status-kvonun qəbuledilməzliyi vurğulanır və dəyişdirilməsi zərurətinə dair çağırışlar edilir. Təəssüf ki, münaqişənin həlli prosesində konstruktivlik nümayiş etdirmək əvəzinə, Ermənistan xarici işlər naziri yenə də bu kimi çıxışları ilə hər vəchlə status-kvonun saxlanmasına xidmət edən şərait yaratmağa cəhd edir. Əgər o, bunu ölkəsinin prezidentinin təlimatı ilə həyata keçirirsə, bu, çox təhlükəli yoldur və vəziyyətin dramatik şəkil almasına xidmət edə bilər. ATƏT Minsk qrupunun həmsədrləri bu barədə ciddi ölçü götürməlidirlər".

H.Hacıyev vurğulayıb ki, korrupsiyalaşmış hərbi diktatura rejimini təmsil edən E.Nalbandyanın “Demokratik təhlükəsizlik” və ya “Demokratik Sülh” konsepsiyasından danışması yalnız istehza və gülünc doğurur: "Öz vətəndaşlarının odlu silahlarla kütləvi qırğınını həyata keçirən Ermənistan rejiminin insan hüquqları və demokratiyadan danışmağa mənəvi, siyasi və hüquqi haqqı yoxdur. 2 aprel tarixindən başlayaraq Ermənistanın qoşunların təmas xəttində törətdiyi hərbi avantüra bir daha sübut etdi ki, Ermənistan rejimi bütün region üçün ciddi təhlükə mənbəyidir".

Son xəbərlər

Orphus sistemi