Azərbaycan XİN: Şavarş Köçəryanın dedikləri hər hansı şərhə layiq deyil

Azərbaycan XİN: Şavarş Köçəryanın dedikləri hər hansı şərhə layiq deyil Azərbaycan XİN sözçüsü Ermənistan xarici işlər nazirinin müavinin açıqlamasına münasibət bildirib
Dağlıq Qarabağ münaqişəsi
28 Dekabr , 2014 10:48
Azərbaycan XİN: Şavarş Köçəryanın dedikləri hər hansı şərhə layiq deyil
Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın son açıqlamasına münasibət bildirib.

“Report”un xəbərinə görə, H.Hacıyev "Facebook" səhifəsi vasitəsi ilə bildirib ki, Ş.Köçəryan Madrid prinsiplərindən və danışıqların gedişindən tam xəbərsiz olduğunu bir daha sübut edib.

"Görünür ki, Madrid prinsiplərinin yalnız adını həmsədrlərin açıqlamalarından eşitmişdir. Onun dedikləri hər hansı şərhə layiq deyil", - deyə XİN sözçüsü bildirib.

Son xəbərlər

Orphus sistemi