Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa XİN-in Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezirlə görüş keçirəcək.
"Report" Fransa XİN-in rəsmi saytına istinadən xəbər verir ki, görüş mayın 19-da Parisdə baş tutacaq.
Görüş zamanı A.Dezir və E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.