​Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

​Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib Görüşdə sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olunub
Qarabağ
16 Fevral , 2015 18:51
​Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Elmar Məmmədyarov atəşkəsin pozulması hallarından danışarkən ilk növbədə beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, həmsədrlər tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunmasının vacibliyini vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının münaqişənin həlli və etimadın yaradılmasında irəliyə doğru mühüm addım olacağını qeyd edən xarici işlər naziri Elmar Məmmədyarov sülh sazişinin layihəsi üzərində ciddi danışıqlara başlamağın zəruri olduğunu vurğulayaraq Azərbaycanın buna hazırlığını ifadə edib.

Görüşdə həmsədrlərlə sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi