Azərbaycan XİN: Prezident seçkilərindən sonra intensiv danışıqların davam etdirilməsi razılaşdırılıb

Azərbaycan XİN: Prezident seçkilərindən sonra intensiv danışıqların davam etdirilməsi razılaşdırılıb Hikmət Hacıyev: "Status-kvo dəyişdirilməlidir"
Qarabağ
7 Fevral , 2018 16:19
Azərbaycan XİN: Prezident seçkilərindən sonra intensiv danışıqların davam etdirilməsi razılaşdırılıb
Xarici İşlər Nazirliyi / Report

Bakı. 7 fevral. REPORT.AZ/ "Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək Prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib: "Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.

İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir.

Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır".   

Son xəbərlər

Orphus sistemi