Azərbaycan XİN: Ermənistan tərəfi Dağlıq Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsinə mane olmağa çalışır

Azərbaycan XİN: Ermənistan tərəfi Dağlıq Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsinə mane olmağa çalışır "Suriya erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülür"
Qarabağ
2 Mart , 2016 12:08
Azərbaycan XİN: Ermənistan tərəfi Dağlıq Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsinə mane olmağa çalışır

Bakı. 2 mart. REPORT.AZ/ "Biz Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürüldüyünü müşahidə edirik". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bunu yüksək çinli erməni rəsmiləri də təsdiq edir: "Ümumilikdə 15-20 min nəfərdən söhbət gedir. Onların bəziləri Ermənistanda yerləşdirilir, bir hissəsi isə Dağlıq Qarabağda. Ermənilər bu cür faktları gizli saxlayır".

Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin Dağlıq Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsinin mümkünlüyü barədə sualı da cavablandırıb: "Bu məsələ müzakirə mövzusudur, amma ermənilər bütün səyləri ilə buna mane olmağa çalışır. Çünki əvvəlki missiyalarda ermənilərin bu ərazilərdə qanunsuz fəaliyyəti, o cümlədən bu torpaqlarda qanunsuz şəkildə əhalinin məskunlaşmasını həyata keçirdiyi sübuta yetirilib. Bu münaqişənin nizamlanmasında vasitəçi kimi fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə müəyyən addımlar atmalıdır".

Son xəbərlər

Orphus sistemi