Azərbaycan XİN: Ermənistan regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir

Azərbaycan XİN: Ermənistan regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir "Ermənistan beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozur"
Dağlıq Qarabağ münaqişəsi
4 Yanvar , 2015 13:54
Azərbaycan XİN: Ermənistan regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Ermənistan Xarici işlər nazirliyinin 3 yanvar 2015-ci il tarixli bəyanatını şərh edib.

"Report"-un məlumatına görə, H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər.

"Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycan Respublikasına qarşı təcavüz edilmiş və Azərbaycanın əraziləri işğal edilib.

Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir.

İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür", - deyə XİN sözçüsü bildirib.

Son xəbərlər

Orphus sistemi