Azərbaycan XİN başçısı: "Münaqişə mümkün qədər tez həll olunmalıdır"

Azərbaycan XİN başçısı: "Münaqişə mümkün qədər tez həll olunmalıdır" "Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir"
Qarabağ
7 Aprel , 2016 12:30
Azərbaycan XİN başçısı: Münaqişə mümkün qədər tez həll olunmalıdır

Bakı. 7 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsini dondurulmuş və ya həlli uzadılmış kimi adlandırmaq olar, amma o, mümkün qədər tez həll olunmalıdır. Çünki insanlar həlak olur".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

"İdeyalar var və onlar artıq təklif olunub. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Müharibə hər iki ölkəyə mənfi təsir göstərir. Aydın məsələdir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Ondan sonra təhlükəsizliyin təmin edilməsi və monitorinqin keçirilməsi üçün tədbirlər həyata keçirilməlidir", - deyə E.Məmmədyarov bildirib.

Son xəbərlər

Orphus sistemi