Azərbaycan XİN başçısı: "BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsi zaman məsələsidir"

Azərbaycan XİN başçısı: "BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsi zaman məsələsidir" Elmar Məmmədyarov: "BMT Təhlükəsizlik Şurasının qətnamələri heç vaxt köhnəlmir"
Qarabağ
20 Noyabr , 2017 14:14
Azərbaycan XİN başçısı: BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsi zaman məsələsidir
Report/ Elshan Baba

Bakı. 20 noyabr. REPORT.AZ/ "BMT Təhlükəsizlik Şurasının qətnamələri heç vaxt köhnəlmir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra brifinqdə deyib.

"Bütün bu qətnamələrin hüquqi qüvvəsi var. Qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması xahiş yox, tələb edilir", - E.Məmmədyarov bildirib.

Nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetiriləcəyindən şübhə etmədiyini vurğulayıb.

"Bu, sadəcə, zaman məsələsidir. Sadəcə, biz bu məsələdə müxtəlif istiqamətlərə doğru gedirik", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi