Sabiq səfir: “Azərbaycan xalqı Milli Ordunun yanındadır”

Sabiq səfir: “Azərbaycan xalqı Milli Ordunun yanındadır” “Təcavüzkar Ermənistan hakimiyyəti hazırda təhlükəli oyun oynayır".
Qarabağ
14 İyul , 2020 17:24
Sabiq səfir: “Azərbaycan xalqı Milli Ordunun yanındadır”
Hulusi Kılıç 

“Təcavüzkar Ermənistan hakimiyyəti hazırda təhlükəli oyun oynayır. Ermənistan hakimiyyətinin bu aqressiv, təxribatçı  hərəkətinin məqsədi  ölkəsində baş verən iqtisadi və sosial problemləri unutdurmaq, əhalinin diqqətini başqa istiqamətə çəkməkdir”.

Bunu “Report”a Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

H.Kılıçın sözlərinə görə, dünya koronavirus bəlası ilə mübarizə aparır və dövlətlər koronavirusla mübarizədə bir-birlərinə kömək, dəstək göstərirlər:

“Belə bir məqamda Ermənistanın bu cür təxribatının nə mənaya gəldiyini hər kəs bilməlidir. İşğalçı dövlət Tovuzda  mülki insanlara atəş açmaqdan çəkinmir. Ermənistanın yaratdığı süni problem danışıqlar yolu ilə həll olunmasını, ATƏT-in Minsk qrupunun vəzifə və məsuliyyətlərini yerinə yetirməsini gözləyirik”.

O, Ermənistanın Azərbaycana qarşı təxribatçı hərəkətlərini pisləyib:

“Beynəlxalq ictimaiyyət və təşkilatlar bu çirkin oyunu görməlidirlər və dərhal məsələyə mövqe nümayiş etdirməlidirlər. Ermənistan Azərbaycan ərazilərini işğal edib. Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib. Lakin Ermənistan bu günədək həmin qətnamələrin tələblərinə əməl etmir. İşğalçı dövlət Azərbaycan ərazilərindən geri çəkilməlidir. Azərbaycanın regionda siyasi və iqtisadi gücünün artması Ermənistanı narahat edir. Azərbaycan xalqı Prezident İlham Əliyevin və Milli Ordunun yanındadır”.

H.Kılıç əlavə edib ki, türk xalqı Tovuzda baş verən hadisələri diqqətlə izləyir:

“Dünən Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bəyan edib  ki, Türkiyə Azərbaycanın yanındadır”.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar. Hazırda şiddətli döyüşlər davam edir.

Son xəbərlər

Orphus sistemi