​Azərbaycan və Rusiya xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

​Azərbaycan və Rusiya xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər Nazir Elmar Məmmədyarov Rusiyaya səfəri zamanı Dövlət Dumasının sədri Sergey Narışkinlə də görüşəcək
Qarabağ
23 May , 2015 12:19
​Azərbaycan və Rusiya xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

Bakı. 23 may. REPORT.AZ/ Gələn həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edərək Rusiya xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə nazir E.Məmmədyarov özü məlumat verib.

Nazir qeyd edib ki, sabah, mayın 24-də Rusiyaya səfər edəcək və mayın 25-də rusiyalı həmkarı S.Lavrov, Dövlət Dumasının sədri Sergey Narışkin və başqa rəsmilərlə görüşü nəzərdə tutulub.

S.Lavrovla əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.

Son xəbərlər

Orphus sistemi