​Azərbaycan və İran prezidentləri təmas xəttində baş vermiş son hadisələri müzakirə edib

​Azərbaycan və İran prezidentləri təmas xəttində baş vermiş son hadisələri müzakirə edib Görüş İstanbulda baş tutub
Qarabağ
14 Aprel , 2016 21:52
​Azərbaycan və İran prezidentləri təmas xəttində baş vermiş son hadisələri müzakirə edib

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün İstanbulda Azərbaycan və İran prezidentləri İlham Əliyev və Həsən Ruhani arasında görüş olub.

"Report" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulanıb, əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu qeyd edilib. Bu baxımdan belə görüşlərin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin mühüm rol oynadığı bildirilib.

Söhbət zamanı aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev qeyd edib ki, biz müharibə istəmirik. Ancaq Ermənistan hərbi birləşmələrinin təxribatçı əməllərinə cavab verməli olmuşuq. Dövlət başçısı hadisələr zamanı telefonla zəng etdiyinə və narahatlığını ifadə etdiyinə görə İran prezidentinə təşəkkürünü bildirib. Münaqişənin nizamlanması ilə bağlı Minsk qrupunun fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bütün bunlar ölkələrimiz arasında siyasi, təhlükəsizlik və digər sahələrdə əlaqələrin daha yüksək səviyyəyə çatmasına xidmət edəcək.

Azərbaycan və İran prezidentləri müxtəlif sahələrdə, o cümlədən viza rejimi, turizm, maliyyə-bank sahələrində əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda, ekstremizmə, terrorizmə və radikalizmə qarşı mübarizədə əməkdaşlıq və digər istiqamətlərdə münasibətlərin genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi apardılar.

Son xəbərlər

Orphus sistemi