Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri arasında görüş keçirilə bilər

Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri arasında görüş keçirilə bilər Görüşün təşəbbüskarı AŞPA-nın sədri Pedro Aqramuntdur
Qarabağ
9 Dekabr , 2016 09:34
Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri arasında görüş keçirilə bilər

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti görüş üçün ilkin razılıqlarını verib.

“Report” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermine Naqdalyan “tert.am” saytına müsahibəsində bildirib.

O qeyd edib ki, görüşün təşəbbüskarı AŞPA-nın sədri Pedro Aqramuntdur.

Görüş baş tutacağı təqdirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli ilə bağlı məsələnin müzakirə ediləcəyi ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi