Azərbaycan və Ermənistan XİN başçıları yaxın zamanlarda Moskvada görüşəcəklər

Azərbaycan və Ermənistan XİN başçıları yaxın zamanlarda Moskvada görüşəcəklər Riçard Hoqland: "Nazirlər Moskvada prezidentlərin görüşünü təşkil etmək üçün görüşəcəklər"
Qarabağ
27 Mart , 2017 17:46
Azərbaycan və Ermənistan XİN başçıları yaxın zamanlarda Moskvada görüşəcəklər
Report.az

Bakı. 27 mart. REPORT.AZ/ "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün uyğun şəraitin yaradılması üzrə müəyyən işlər görülür."

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu gün jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bildirib.

"Bilirsiniz ki, Moskvada xarici işlər nazirləri ayrıca görüşlər keçiriblər. Hesab edirik ki, yaxın gələcəkdə - bir ay sonra yox, daha tez müddətdə XİN başçıları prezidentlərin görüşünü təşkil etmək üşün Moskvada görüşəcəklər", - R.Hoqland vurğulayıb.

Son xəbərlər

Orphus sistemi