Azərbaycan və Ermənistan üzrə AŞPA həmməruzəçiləri münaqişə tərəflərini danışıqlar masasına qayıtmağa çağırıb

Azərbaycan və Ermənistan üzrə AŞPA həmməruzəçiləri münaqişə tərəflərini danışıqlar masasına qayıtmağa çağırıb Onlar iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər
Qarabağ
7 İyul , 2017 15:56
Azərbaycan və Ermənistan üzrə AŞPA həmməruzəçiləri münaqişə tərəflərini danışıqlar masasına qayıtmağa çağırıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan və Ermənistan üzrə AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

"Report" xəbər verir ki, Ermənistan üzrə həmməruzəçilər Alan Mil və Cüzeppe Qalati və Azərbaycan üzrə həmməruzəçilər Ştefan Şennax və Sezar Florin Preda həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri atəşkəs rejimini hörmət etməyə, danışıqlar masasına qayıtmağa çağırıb.

Onlar münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar və iki ölkəyə mübahisələrin sülh yolu ilə həlli üçün götürdükləri öhdəlikləri xatırladıblar.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi