BMT baş katibinin sözçüsü: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü qarşılıqlı etimadın artmasına yardım edəcək”

BMT baş katibinin sözçüsü: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü qarşılıqlı etimadın artmasına yardım edəcək” ​Stefan Dyujarrik: “Baş katib Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirdikləri görüşü də alqışlayır”
Qarabağ
27 Sentyabr , 2017 13:01
BMT baş katibinin sözçüsü: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü qarşılıqlı etimadın artmasına yardım edəcək”
Flickr/ UN Geneva

Bakı. 27 sentyabr. REPORT.AZ/ “BMT baş katibi Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan dövlət başçısı Serj Sarqsyanın planlaşdırılan görüşünün tərəflər arasında etimadın səviyyəsinin artmasına və başlıca məsələlərlə bağlı kompromisin tapılmasında siyasi iradənin stimullaşdırılmasına yardım edəcəyinə ümidvardır”.

“Report”un məlumatına görə, bunu BMT baş katibinin sözçüsü Stefan Dyujarrik bildirib.

Onun sözlərinə görə, Antoniu Quttereş cari il sentyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyanın Nyu-Yorkda keçirdikləri görüşü də alqışlayır. 

Son xəbərlər

Orphus sistemi